» » Konqresin “Facebook”dan tələbi

Konqresin “Facebook”dan tələbi

Bölmə: MARAQLI
Konqresin “Facebook”dan tələbi
ABŞ Konqresində Rusiyanın sosial şəbəkələr vasitəsilə ABŞ-dakı daxili siyasi proseslərə və 2016-cı il prezident seçkilərinə təsir göstərməsi ilə əlaqədar keçirilən dinləmələrdə “Facebook”un qarşısında şok tələb qoyulub.

Xalqinfo.az lent.az-a istinadən xəbər verir ki, sosial şəbəkədən Rusiyanın yerləşdirdiyi siyasi reklamları və digər materialları görmüş 146 milyon nəfər istifadəçinin hamısını identifikasiya edərək onları məsələ barədə məlumatlandırmaq tələb olunub.

Müvafiq tələblə demokrat senator Cek Rid çıxış edib. O, dinləmədə iştirak edən “Facebook” nümayəndəsinə üzünün tutaraq deyib: “Siz bu materialları görən şəxsləri xəbərdar etmək vəzifənizi dərk edirsinizmi? Siz bunu edə bilərsinizmi? Sizcə, bunu etməli deyilsinizmi?!”

“Facebook”un hüquqşünası Kolin Stretç cavabında qeyd edib ki, şübhəli siyasi reklamları görmüş bütün şəxsləri identifikasiya edə biləcəklərinə əmin deyil. Onun sözlərinə görə, bu cür identifikasiya ciddi texniki problemdir.

Xatırladaq ki, “Facebook” 2015-ci ilin iyunundan 2017-ci ilin avqustuna qədər sosial şəbəkədə Rusiya ilə bağlılığı olan 120 qrupda 80 mindən çox paylaşım edildiyini açıqlayıb. Bu paylaşımları görən amerikalıların sayı 126 milyondan çox olub, sosial şəbəkəyə məxsus “Instagram” xidməti də nəzərə alınarsa, dezinformasiyaları ümumilikdə 146 milyon nəfərin gördüyü bildirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler