» » “WhatsApp” daha bir yeniliyi sınaqdan keçirir

“WhatsApp” daha bir yeniliyi sınaqdan keçirir

Bölmə: MARAQLI
“WhatsApp” daha bir yeniliyi sınaqdan keçirir
“WhatsApp” messenceri “iOS” əməliyyat sistemi ilə işləyən mobil qurğular üçün qrup şəklində səsli və video zənglər funksiyasını sınaqdan keçirir.

“Xalqinfo” ICTnews-a istinadən xəbər verir ki, yeni xidmətin pullu və ya pulsuz olacağı məlum deyil.

Bundan başqa, qrup zənglərinin “WhatsApp” messencerinin yalnız korporativ istifadəçilər üçün xüsusi versiyasında əlçatan olacağı istisna deyil.

Başqa yeniliklər arasında qrup çatlarını idarə etmək üçün genişləndirilmiş alətlər dəstinin təqdim ediləcəyi gözlənilir. Məsələn, bir neçə inzibatçı qrupu ləğv etmək və ya onun tərkibindən ixtiyari istifadəçini silmək imkanı əldə edəcək.

“WhatsApp” messenceri internet üzərindən mətn mesajları və şəkillər göndərməyə imkan verir. İstifadəçi bu halda yalnız operatorun tarifi üzrə trafikin haqqını ödəyir. 2017-ci ilin iyulunda xidmətin gündəlik auditoriyası 1 milyard istifadəçini ötüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler