» » Kirkorovun konsertini partlatmaq istəyən -

Kirkorovun konsertini partlatmaq istəyən - İŞİD-çilər saxlanılıb

Bölmə: MARAQLI
Kirkorovun konsertini partlatmaq istəyən -
Rusiyanın Federal Təhlükəsizlik Xidməti pop-ulduz Filip Kirkorovun konsertində partlayış törətməyi planlaşdıran İŞİD terrorçularını saxlayıb.

“Xalqinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, saxlanılan 4 nəfər Dağıstan vətəndaşlarıdır. Onların üzərlərində üç bomba olub.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, əsas hədəf Filipp Kirkorovun iyunun 6-da keçirilən konserti olub. Lakin plan baş tutmayıb. Belə ki, görülən təhlükəsizlik tədbirlərindən qorxan terorçular daha əsaslı şəkildə hazırlaşmaq qərarına gəliblər.

Qeyd edək ki, bu, İŞİD-in pop-musiqiyə qarşı ilk neqativ reaksiyası deyil. Ötən ilin fevralında onlar Mosulda bir gənci bu tip musiqiyə qulaq asdığı üçün edam etmişdilər.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler