» » Bakıda AA seriyalı taksilər kimindir?

Bakıda AA seriyalı taksilər kimindir?

Bölmə: MARAQLI
Bakıda AA seriyalı taksilər kimindir?
Son günlər paytaxtda taksi fəaliyyəti ilə məşğul olan AA seriyalı avtomobillərə rast gəlinir. AA seriyası xalq arasında əsasən “dövlət maşınları” kimi tanındığından mənzərə maraq doğurur.

Xalqinfo.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Cebhe.info vasitəsilə bu məsələyə aydınlıq gətirib: “Azərbaycanda AA seriyası ilə fəaliyyət göstərən taksilər hüquqi şəxslərə məxsusdur. Fiziki şəxsin adına AA seriyalı avtomobil ola bilməz. Hüquqi şəxs bank, müxtəlif şirkət, dövlət müəssisəsi də ola bilər. Bu cür avtomobillərin taksi kimi fəaliyyət göstərməsi də normaldır. Ola bilər ki, kiməsə icarəyə verilsin. Burada qanunsuz bir əməl yoxdur”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler