» » Ürəyi, gözü, yaddaşı qoruyur... -

Ürəyi, gözü, yaddaşı qoruyur... - Qarğıdalının inanılmaz faydaları

Bölmə: MARAQLI
Ürəyi, gözü, yaddaşı qoruyur... -
“Qarğıdalının faydaları nələrdir?” sualına tək bir cavab vermək mümkün deyil. Qarğıdalı yüksək lif və bir çox vitaminlə zəngin tərkibinə görə sağlamlığa olduqca faydalıdır.

Ailem.az qarğıdalının inanılmaz faydalarını sadalayır.

Vətəni Meksika olan qarğıdalı bir tərəvəz kimi bilinsə də, əslində taxıl növüdür. Dünya mətbəxində qarğıdalı dənələrindən geniş istifadə olunur.

Həzm sisteminə faydalıdır

Qarğıdalının faydaları içərisində ən çox bilinəni yüksək lif tərkibi sayəsində bədəndə xolesterolun əmilməsinə kömək etməsidir. Buna görə də bağırsaq problemlərinin yaranmasına mane olur. Arıqlamağa faydası olan bu bitki eyni zamanda hemoroid və bağırsaq xərçənginin də qarşısını alır.

Əzələləri gücləndirir

Qarğıdalı əzələ sistemini gücləndirən mineral və maqnezium tərkiblidir. Bir stəkan qarğıdalı gündəlik maqnezium ehtiyacının 12 faizini təşkil edir. Bundan əlavə qarğıdalının tərkibindəki dəmir, fosfor kimi maddələr də əzələ sisteminin sağlamlığı üçün əhəmiyyətlidir. Bu maddələr sümük formasının pozulmasının qarşısını alır.

Göz sağlamlığını qoruyur

Qarğıdalı dənələri görmə pozuntusu riskini azaldan karotenoid maddələrlə zəngin olmaqla bərabər, tərkibindəki A vitamini sayəsində göz sağlamlığını qoruyur.

Ürəyə xeyirlidir

Qarğıdalının tərkibində yağ turşusu olduğundan pis xolesterol səviyyəsini aşağı salır. Beləliklə, damarların tıxanmasını əngəlləyir, qan təzyiqini də normal səviyyədə tutaraq iflic və infarkt riskini azaldır.

Alzheimer xəstəliyinin qarşısını alır

Qarğıdalı enerji istehsalından başqa beyin və sinir sağlamlığı üçün də əhəmiyyətlidir. Xüsusilə yaşla bağlı ortaya çıxan zehni xəstəliklərə düşmə riskini azalda bilir. Alzheimer (yaddaşın itməsi) xəstəliyinə səbəb olan ünsürlərin aradan qalxmasına kömək edir.

Dəri və saçların sağlamlığına yaxşı təsir edir

Qarğıdalı dəri sağlamlığı üçün ən önəmli vitaminlərdən olan A vitamini və beta karotenlə zıngindir. C vitaminin köməyi ilə dərini zərərli günəş şüalarından qoruyur. Qarğıdalının tərkibindəki E vitamini dəri hüceyrələrinin sağlam qalmasına kömək edir. Hüceyrələrin çoxalmasına şərait yaradaraq dərini qoruyur.

Qarğıdalıda olan omega-3 və omega-6 yağ turşuları saç sağlamlığı üçün faydalıdır. Təkibindəki mineral və vitaminlər sayəsində saç diblərini sağlamlaşdırır və saça yumşaqlıq qazandırır.

Qeyd edək ki, qarğıdalının faydaları saymaqla bitmir. Lakin hər bir şey kimi, qarğıdalını da həddindən artıq yemək sağlamlığa ziyandır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler