» » Şabranda qeyri-adi pomidor yetişdi -

Şabranda qeyri-adi pomidor yetişdi - Foto + Video

Bölmə: MARAQLI
Şabranda qeyri-adi pomidor yetişdi -
Şabranda fermerler maraqlı faktla üzləşiblər.

Xalqinfo.az xəbər verir ki, pomidor toxumu əkən təsərrüfatçıların sahəsində qeyri-adi məhsul yetişib. Şabranın Rəhimli kəndində təsərrüfatla məşğul olan Rəşad Novruzov bu il 1 hektar ərazidə pomidor becərib. Pomidorun Sultan növünü paytaxtdan gətirən fermer məhsulu yetişdirərkən dərman və kimyəvi preparatlardan istifadə etmədiyini bildirir.

O, ilk dəfədir ki, belə halla qarşılaşdığını bildirib: "Bu il pomidor şitili əkmişdik. Qeyri-adi pomidor nəzərimizə dəydi. Biz də istədik ki, xalqımız bu pomidorları görsün. Pomidorun toxumunu Maştağadan almışdım. Geninin dəyişdirilməsi üzündən belə olmasını düşünürəm".
Pomidorun qeyri-adi yetişməsi onun məhsuldarlığına mənfi təsir göstərməyib. Təsərrüfatçı qeyri-adi pomidor toxumunu alaraq artırmağı düşünür. (ARB TV)


Şabranda qeyri-adi pomidor yetişdi -
Şabranda qeyri-adi pomidor yetişdi -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler