» » Rouminqdə qənaət etmək üçün on üsul

Rouminqdə qənaət etmək üçün on üsul

Bölmə: MARAQLI
Rouminqdə qənaət etmək üçün on üsul
Məzuniyyət mövsümü start götürür. Xaricdə istirahət etmək, eyni zamanda, vətənlə əlaqəni kəsməmək hər kəsin istəyidir.

Xalqinfo.az xəbər verir ki, bəs necə edək ki, “Instagram”a qaynar-qaynar foto qoyub, lakin rouminqə görə bir ətək pul ödəməyək? Evə etdiyimiz bir zəngə görə bir aylıq danışığın pulunu ödəməyək? Vətəndə olarkən ilk növbədə nəyə üstünlük verdiyinizi seçin: zəng, ya internetə çıxış:

1. Seçdiyiniz istiqamət üzrə tarif və aksiyalar haqda məlumat toplayın;

2. Yolda sizə yararlı olacaq bütün zəruri proqramları yükləyin. Bu sizi səfər zamanı əlavə xərclərdən qoruyacaq;

3. Balansda cari tarif opsiyalarını seçmək üçün minimum məbləğin olub-olmamasını yoxlayın.

Qənaət üçün nə edək?

1. Smartfonunuzda tətbiqlərin avtoyenilənməsini söndürün;

2. Poçt və təqvimlə avtomatik sinxronlaşmanı söndürün;

3. Sosial şəbəkə və messencerlərdə mediafaylların avtoyüklənməsini söndürün;

4. “Facebook”da videoların yüklənməsində “yalnız sorğu əsasında” funksiyasını seçin;

5. Wi-Fi-dan mobil məlumatlara avtomatik keçidi söndürün;

6. Oflayn xəritələri öncədən yükləmək vacibdir;

7. Balansa diqqət yetirin;

9. Tanımadığınız nömrələrə cavab verməkdən çəkinin, bu, reklam zəngləri ola bilər;

10. Uşaqlarınıza diqqət edin. Uşaq təsadüfən zəng edə, ya internetə girə bilər.

Xaricdə sim-kartınız işləmirsə, nə etməli?

1. Telefonunuzu söndürüb-yandırın və yerli operatorun şəbəkəsini əllə seçin;

2. Əllə şəbəkənin ikili rejimini seçin.

Qeyd edək ki, Almaniyada ən ucuz paketin qiyməti 9,95 avrodan, 1 dəqiqəlik danışığın isə 9 sentdən başlayır. ABŞ-da limitsiz zəng, SMS üstəgəl ~2.5GB 4G internetli müqavilə tarifinin orta qiyməti aylıq 60 dollara başa gəlir.

Bundan başqa, bir çox ölkələrdə qanuna müvafiq olaraq SİM kartın qeydiyyatını aparmaq məcburidir. Məsələn, Türkiyədə telefonun aktivləşdirilməsi üçün xüsusi ofisə getməli və ödəniş etməli olacaqsınız.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler