» » Nə çox faydaları varmış… -

Nə çox faydaları varmış… - Acı tərəvəz

Bölmə: MARAQLI
Nə çox faydaları varmış… -
Bəziləri soğanı sevmir, halbuki onun faydaları düşündüyümüzdən çoxdur.

Xalqinfo.az xəbər verir ki, soğanın tərkibində olan faydalı fermentlər və amin turşuları insanı bir çox xəstəliklərdən qoruyur.

Soğan immuniteti gücləndirməklə, orqanizmin müqavimətini artırır.

Sidikqovucu olan soğan bədəndə yığılan zərərli maddələri və suyu xaric edir. Revmatizm, oynaq iltihabı, sidik tündləşməsi, damar sərtliyinə xeyirlidir.

Soğanın faydaları bunlarla da bitmir.

Soğan:

- böyrəklərdəki qum və daşların tökülməsinə kömək edir, ağrılarını sakitləşdirir. Artıq çəkiyə və huşsuzluğa, vərəmə qarşı təsirlidir. Dəri xəstəliklərində faydalıdır. Öskürəyi yumşaldır, bronxları təmizləyir. Astma, ağciyər xəstəlikləri, qripə faydalıdır. Qandakı şəkər səviyyəsini salır.

Qocalmanı gecikdirir, iştahı açır ürəyi qüvvətləndirir. Koronar damarları genişləndirməyə kömək edir. Həzmi asanlaşdırır, bağırsağı təmizləyir, bədəndəki yaraların sağalmasını sürətləndirir, ürəyin funksiyasını gücləndirir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler