» » Əhali arasında ən çox yayılan xəstəliklər açıqlanıb

Əhali arasında ən çox yayılan xəstəliklər açıqlanıb

Bölmə: MARAQLI
Əhali arasında ən çox yayılan xəstəliklər açıqlanıb
Bu ilin fevral ayının 15-dən may ayının 15-ə qədər ölkə üzrə 5 499 863 nəfər tibbi profilaktik müayinədən keçib.

Xalqinfo.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlardan 2 640 119 nəfəri kişi və 2 859 744 nəfəri qadın olub.

Bakı şəhəri üzrə 1 308 329 nəfər tibbi profilaktik müayinədən keçib.

Respublika üzrə müayinədən keçən şəxslərdən 2 041 388 nəfəri əlavə müayinələrə cəlb olunub, 68 427 nəfər dispanser nəzarətə alınıb, 27 059 nəfər hospitalizasiya olunub.

Müayinələr zamanı aşkar olunan ilkin xəstəliklər arasında üstünlüyü qan dövranı sistemi xəstəlikləri (17,2%), tənəffüs sistemi xəstəlikləri (16,8%), həzm sistemi xəstəlikləri (11,7%) təşkil edib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler