» » Bu universitet diplomlarını blokçeyn texnologiyası əsasında verəcək

Bu universitet diplomlarını blokçeyn texnologiyası əsasında verəcək

Bölmə: MARAQLI
Bu universitet diplomlarını blokçeyn texnologiyası əsasında verəcək
Sinqapurdakı Politexnik Universiteti dünyada ilk dəfə olaraq diplomlarını blokçeyn texnologiyası əsasında verəcək.

Xalqinfo.az lent.az-a istinadən xəbər verir ki, "Ngee Ann Polytechnic" Universiteti ildə 4 min məzuna diplom verir.

Ali məktəbdə hesab edirlər ki, blokçeyn texnologiyası əsasında verilən diplomların əslini yoxlamaq çox da çətin olmayacaq. İşəgötürən iş üçün müraciət edən şəxs və təhsili haqqında bilgi almaq üçün əziyyət çəkməyəcək.

Məzunlar aldıqları diplom və sertifikatları dərhal "LinkedIn" profillərinə yükləyə də biləcəklər.

Layihəni həyata keçirmək üçün universitet "Attores" startapı ilə razılığa gəlib. Proqram təminatı isə "Parity Technologies" şirkətinə məxsus olacaq.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler