» » Kosmetik testorlardan istifadə sağlamlıq üçün təhlükəlidir

Kosmetik testorlardan istifadə sağlamlıq üçün təhlükəlidir

Bölmə: MARAQLI
Kosmetik testorlardan istifadə sağlamlıq üçün təhlükəlidir

Kosmetik testorların hər kəs tərəfindən istifadə edilməsi insan sağlamlığı üçün təhlükəlidir.

Xalqinfo.az Xezerxeber.az-a istinadən məlumat verir ki, müştəri kosmetika və parfümeriyaların əslini istifadə edərək korlamasın deyə onlara kosmetika dükanlarında testorlar təqdim olunur. İnsanlar aldığı məhsulun rəngini, qoxusunu, yaraşıb-yaraşmadığını məhz bu testorlar vasitəsi ilə müəyyən edirlər. Satıcılar testorlara məsuliyyətsiz yanaşırlar. Çünki əksər mağazalarda vitrinə qoyulan testorların çoxu qapaqsız olur. Sınaqdan keçirənlərin sayı isə az deyil.

Satıcılar, tuj, sürmə, dodaq boyası, ətir kimi vasitələrin testorlarının gün ərzində ən azı 10 qadın tərəfindən sınaqdan keçirildiyini bildirirlər. Adı üstündə-bunun testor olduğunu deyirlər və insanların bilərək ondan istifadə etdiyini söyləyirlər. Çox qadın israfçılıq etməmək üçün alış-verişdən əvvəl məcbur olduqlarından bu testorlardan istifadə edir.

Həkimlər isə kosmetik vasitələrin individual istifadəsini tövsiyə edirlər. Testorlardan birmənalı şəkildə uzaq durmağı tövsiyə edirlər. Əks halda allergik reaksiyası ola və bəzi dermataloji problemlər yarana bilər.

Testorların görünüş üçün yox, sağlamlıq üçün istehsal olunduğunu bildirirlər. Testor əlin nazik dərisinə çəkilməlidir. Çünki dərman vasitələrində olduğu kimi, kosmetik testorların da dəriyə düşüb-düşməmək ehtimalı var.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler