» » Yaponiyada avtomobillər uçacaq -Yeni layihə

Yaponiyada avtomobillər uçacaq -Yeni layihə

Bölmə: MARAQLI, BLOK XƏBƏR, MANŞET
Yaponiyada avtomobillər uçacaq -Yeni layihə
Yaponiyanın nəhəng avtomobil istehsalçısı "Toyota" uçan avtomobil yaradan mühəndislər qrupuna dəstəyini elan edib.

Xalqinfo.az BBC-yə istinadən xəbər verir ki, şirkət mərkəzi Yaponiyada "Toyota" şəhərindən kənarda fəaliyyət göstərən Cartivator qrupuna 40 milyon yen (353 min dollar) verəcək.

Nikkei Asiya İcmalı-nın məlumatına görə, "Toyota" və onun qrupunun şirkətləri layihəyə dəstək göstərmək üçün prinsip etibarilə razılığa gəliblər. İndiyədək fərdi şəxslər tərəfindən maliyyələşdirilmə Skydrive adlandırılan avtomobilin inkişaf etdirilməsinə pul ödəyib.

Skydrive avtomobilində pilotsuz təyyarənin texnologiyasından istifadə edilir, onun üç təkəri və dörd fırlanğacı var. 2, 9 metrin 1, 3 metrə ölçüdə olan bu avtomobil dünyanın ən kiçik uçan avtomobili olmağa namizəddir.

Onun saatda 100 km-ə proqnozlaşdırılan ilk uçuş sürəti var. Avtomobil yerüstündən 10 metr hündürlükdə səyahət edə biləcək. Skydrive avtomobilini inkişaf etdirən 30 könüllü komandası ümid edir ki, avtomobilin prototipi 2020-ci ildə baş tutacaq Tokio yay olimpiya oyunlarında Olimpiya məşəlini yandırmaq üçün istifadə olunacaq.

Uçan avtomobillər elə bir mövhumdur ki, bu fantastikanı ABŞ, Almaniya, Hollandiya, Çin və Yaponiyadan olan firmalar reallığa çevirmək istəyir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler