» » Trampla Lavrovun görüşündə şəkil qalmaqalı -

Trampla Lavrovun görüşündə şəkil qalmaqalı - “Rus mətbuatına güvənmək olmaz”

Bölmə: MARAQLI
Trampla Lavrovun görüşündə şəkil qalmaqalı -
Xəbər verdiyimiz kimi, mayın 10-da ABŞ prezidenti Donald Tramp Ağ Evdə Rusiya Xarici işlər naziri Sergey Lavrovla mətbuata qapalı görüş keçirib.

Xalqinfo”nun “Cnnturk”ə istinadən verdiyi məlumata görə, görüşə sadəcə bir rus jurnalistin buraxılması ABŞ mətbuatında müzakirələrə səbəb olub.

Görüşdən sonra rus KİV-də Trampın Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak və Lavrov ilə əl-ələ görüşərkən çəkilmiş fotosu yayımlanıb. ABŞ jurnalistləri arasında rus müxbir tərəfindən çəkilmiş şəklin yayımlanmasının münasib olmadığı ilə bağlı müzakirələr başlayıb.

Amerika qəzetlərindən biri məsələ ilə bağlı dərc etdiyi xəbərdə “Rus mətbuatına güvənmək olmaz” ifadələrini işlədib.

Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova isə baş verənləri şərh edərkən bildirib ki, görüş Donald Trampın qərarı əsasında mətbuata qapalı keçirilib və ameriaklı jurnalistlətin bu iddiası onların müstəqin olmadığını göstərir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler