» » Sevgi, yoxsa şəhvət – orqanizmə daha çox hansı həzz verir?

Sevgi, yoxsa şəhvət – orqanizmə daha çox hansı həzz verir?

Bölmə: MARAQLI
Sevgi, yoxsa şəhvət – orqanizmə daha çox hansı həzz verir?
İnsanlar sevgiyə, mənəvi hisslərə böyük önəm versələr də, bunun üzərində tarix boyu ən gözəl ədəbi-incəsənət nümunələri yaratsalar da, təbiəti işin cismani tərəfi maraqlandırır. Yəni ana təbiətə insanları fiziki təması və bu təmasın nəticəsi olan törəmə daha “maraqlı”dır. Seksoloqlardan tutmuş sıravi insanlara qədər hər kəsin verdiyi sualdır: romantik hisslərmi, yoxsa yalnız ehtirasmı? Əlbəttə mənəvi hisslər, romantika ruha dinclik verir. Amma ruhla yanaşı vücudu da düşünmək lazımdır axı?! Seks – cismin ehtiyacıdır, sevgi isə ruhun. Əlbəttə sadəcə intim münasibətdən ötrü bir araya gəlmək də qeyri-insani görünür. Bu zaman insanın heyvandan fərqi qalmaz. Mənəvi duyğular da vacibdir. Təbii ki, sevgi ehtirasla birləşdiyi halda çox gözəl duyğular yaşadar.

Xalqinfo.az-ın xəbərinə görə, bütün bunlara rəğmən mütəxəssislər hesab edir ki, ən çılğın sevgi belə gerçək şəhvətdən uzaqdır. Niyə? Çünki sevgi şəhvətdən “ehtiyat edir”. Yəni sevən adam qarşı tərəfdən utanır. Ədiblərin qızğın müzakirələrindən biri budur: Məcnun niyə səhrada onu tapan, özünü təslim etmək istəyən Leylini qəbul etmədi. Cavablar müxtəlifdir. “Get, ey Leyli”nin arxasında nə dayanır? Güman ki, bu səbəblərdən biri Məcnunun məsum eşqi şəhvətə qatmaq istəməməsidir. Deyəsən, bu eşq dastanında Leyli daha məntiqliydi. Ürəyə sevgi ilə yanaşı, cismə də şəhvət lazım olduğunu anlayırdı.

Bəlkə də bu səbəbdən insanlar (əvvəllər yalnız kişilər) məhz sevdiyi adamla deyil, təsadüfi tanış olduğu insanla cinsi münasibətə maraq göstərir. Belə deyilir ki, qısa müddətlik, yalnız şəhvət üzərində qurulan münasibətlərdə orqanizm daha çox həzz ala bilir. Çünki bu cür ilişkilərdə utanc hiss olmadan, bütün çirkin təxəyyülləri həyata keçirmək mümkündür. Xüsusilə də kişilər pul müqabilində, tək gecəlik, səhərisi gün unutduğu qadınlarla münasibətə meyilli olurlar.

Bir də unutmaq olmaz ki, eşq qurbanların verildiyi bir məbəddir. İnsan illərlə sevdiyi, toxunmadığı birinin gün gələr, frigidliyini və ya impotentliyini görərsə, sevgisinə sayğı səbəbindən buna dözər. Gəncliyinin ən gözəl illərini itirər. Sevdiyi insanın zəifliklərini, çatışmazlıqlarını qəbul edər. Danılmayan sadəcə bir fakt var: xoşbəxt olmaq üçün, xoşbəxt etmək lazımdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler