» » Necə gənc qala bilərik?

Necə gənc qala bilərik?

Bölmə: MARAQLI
Necə gənc qala bilərik?
Harvard Universitetinin mütəxəssisləri irsi faktora baxmayaraq gəncliyi qoruyub saxlamaq vasitələrindən danışıblar.

“Xalqinfo” AzərTac-a istinadən xəbər verir ki, alimlərin fikrincə, xarici görünüşün yaşla əlaqədar dəyişməsində aparıcı rol heç də həmişə genlər oynamır. Eksperimentdə genetik məlumatlarının əlverişsiz olmasına baxmayaraq, xarici görünüşünü gənc saxlamağa müvəffəq olan xanımlar iştirak edib. Onlar bir qayda olaraq sağlam həyat tərzi keçirib, yaxşı qidalanıb və doyunca yatıblar.

Eksperimentin nəticəsində alimlər gəncliyi qoruyub saxlamağın formulunu müəyyən ediblər: gündə azı 7 saat dincəlmək, idmanla məşğul olmaq, müntəzəm olaraq dərini nəmləndirmək və günəşli havada eynək taxmaq. Belə ki, sabit fiziki fəallıq uzun müddət gənc qalmaq şansını 14 faiz, vitaminlər 18 faiz, yaxşı yuxu isə 10 faiz artırır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler