Qocalmağı necə gecikdirmək olar?Bölmə: MARAQLI
Solk İnstitutunun (Kaliforniya, ABŞ) alimləri insan orqanizminin “sağlam qocalmasının” yolunu tapıblar.Xalqinfo.az-ın verdiyi xəbərə görə, “Medical Express” saytında dərc edilmiş məlumata əsasən, xüsusi vasitəyə təsir göstərməklə hətta qoca hüceyrələri də fizioloji bölünmə prosesinə cəlb etmək olar. Bütövlükdə orqanizmin qocalığı telomerlərin uzunluğu ilə müəyyənləşir. Hər bölünmə tsiklindən sonra xromosomların bu hissələri qısalır. Telomerlər minimum ölçülərə çatdıqda hüceyrənin bölünməsi dayanır və o, məhv olur. Telomeraza fermenti hasil edən hüceyrələr var. Bu maddə telomerlərin uzunluğunu və hüceyrələrin cavanlığını bərpa edə bilir. Alimlər fermenti hərtərəfli tədqiq etmiş, “Saccharomyces cerevisiae” mayasında onun işini öyrəniblər. Hüceyrə bölünərkən telomeraza ilkin quraşdırma prosesində olur və onun başlıca elementi olmur. Hüceyrələr müstəqil həyata hazır olduqda telomeraza tam toplanır, çatışmayan elementlər fermentə çevrilir. Daha sonra telomeraza əslində dərhal qeyri-fəal formaya çevrilir. Orqanizmin qocalma prosesində hüceyrələrdəki telomerazalar getdikcə azalır. Xərçəng xəstəliyi zamanı isə əksinə, telomerazanın şişdə toplanması artır. Alimlər qocalmanı ləngidən preparatların hazırlanmasında bu informasiyadan istifadə etməyə çalışırlar. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|