» » Bu adam 30 ildir su içmir - Foto

Bu adam 30 ildir su içmir - Foto

Bölmə: MARAQLI, MANŞET
Bu adam 30 ildir su içmir - Foto
Türkiyənin İzmir şəhərində yaşayan 40 yaşlı Tanər Özəv 30 ildir ki, su içmir.

Xalqinfo.az bu ölkənin mediasına istinadən xəbər verir ki, T.Özəv suya qarşı heç bir allergiyasının olmadığını, sadəcə su içmək istəmədiyini deyib.

“Uşaq olanda yəqin ki, su içiriblər. Amma özüm su içdiyimi xatırlamıram. Bundan sonra da heç vaxt içməyəcəm. Hətta səhhətim üçün məcbur qalsam da, su içmədiyimə görə öləcəyimi bilsəm də, içməyəcəm”.

T.Özəv su içməsədə də, bədəninin suya olan ehtiyacını qidalar və sərinləşdirici, qazlı içkilərlə ödəyir. Ailəsi su içmədəyinə görə səhhətində problem yarana biləcəyini desə də, o heç bir irada əhəmiyyət vermir.

Həkim Hidayət Çatal isə deyir ki, insanın su ehtiyacını qidaların tərkibindəki maye ilə ödəməsi mümkündür. Lakin suyun əvəzində kalorili, sərinləşdirici şirin su içmək sağlamlıq üçün zərərlidir.

“Sadəcə çay, sərinləşdirici içki, meyvə suyu ilə suya olan ehtiyacı ödəmək olmaz. Çünki bu bədənin həmin məhsullardan asılı olduğunu göstərir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler