» » Bakıda turizm agentliyindən maraqlı təklif:

Bakıda turizm agentliyindən maraqlı təklif: Həbsxanada bir gecə

Bölmə: MARAQLI
Bakıda turizm agentliyindən maraqlı təklif:
Bakıda yerləşən turizm agentliklərindən biri maraqlı turpaket təşkil edir.

Xalqinfo.az baku.ws-ə istinadən xəbər verir ki, şirkət ənənəvi səyahət paketlərindən sıxılanlara xarici ölkələrdə yerləşən həbsxanalarda bir gecəlik turpaketlər təklif edir. Belə ki, fərqlilik axtarışında olanlar bu təklifi dəyərləndirə biləcək. Turizm agentliyinin təklifində yalnız təkbaşına səyahət şərti qoyulub.

"Eyni tərz səyahətlər darıxdırıcı gəlir? O zaman Sizi 5 ulduzlu otelə deyil, tək başına xaricdəki həbsxanada gecələməyə yollayırıq. Ətraflı plan cızmaq üçün ofisimizdə yolunuzu gözləyirik", - deyə agentliyin elanında deyilir.

Qeyd edək ki, bu qeyri-adi səyahət sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Təklif əksər insanların diqqətini çəkə bilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler