» » Gələn ildən insanlar Aya uça biləcək

Gələn ildən insanlar Aya uça biləcək

Bölmə: MARAQLI
Gələn ildən insanlar Aya uça biləcək
Gələn ilin sonlarında insanlar yenidən Ayın ətrafında dövr edəcək.

Xalqinfo.az Azərtac-a istinadən xəbər verir ki, “SpaceX” kosmik kompaniyasının başçısı İlon Mask bu barədə bəyanatla çıxış edib.

İlon Maskın sözlərinə görə, hələlik avtomatik yük variantında uçan “Dragon” kosmik gəmisinin bu ilin sonunadək idarəedilən versiyası hazır olacaq.

Həmçinin iki kosmik turistin Ay ətrafında səyahətə görə böyük məbləğdə vəsait ödədiyi bildirilir. Lakin onların adları gizli saxlanılır. Əgər kompaniyanın planları reallaşsa, bu, 40 ildən çox bir müddət ərzində Yerin təbii peykinə ilk idarəedilən uçuş olacaq.

Bundan başqa, Falcon-9 daşıyıcı raketinin Amerikanın “Apollon” ay proqramının ekipajının havaya qalxdığı uçuş kompleksindən start götürməsi planlaşdır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler