Azərbaycanca qarşılığı olmayan 18 MARAQLI İFADƏBölmə: MARAQLI
Bu sözlər azərbaycan dilində yoxdur... 1. Kilig (Taqal dili) – Romantik bir hadisə baş verəndə mədənizdə kəpənəklərin uçduğu hissinin yaranması. 2. Boketto (Yapon dili) – Bir mənzərəni heç bir mənası olmadan və bir şey ifadə etməyə çalışmadan seyr etmək. 3. Ya’arburnee (Ərəb dili) – Çox dərindən sevdiyiniz biri olmadan yaşaya bilməyəcəyinizi düşündüyünüz üçün ondan öncə ölmək istəyinizi ifadə etmək. Söz “məni basdır” olaraq tərcümə oluna bilər. 4. Depaysement (Fransız dili) – Öz vətənində yaşamamaq, yaşadığın yerdə yad olmaq hissi. 5. Jayus (İndoneziya dili)- Çox uğursuz, gülməli olmayan və insanı məhz bu səbəbdən güldürən zarafat. 6. Culaccino (İtalyan dili)- Stəkanı stoldan götürdükdən sonra aşağısında qalan mayenin izi. 7. Greng-jai (Tai dili)– Bir insanın sizin üçün özünə ziyan edəcək yaxşılıq etməyini istəməməyiniz hissi. 8. Mecolek (İndoneziya dili)- Birinin çiyninə zarafatca vuraraq “təlxəklik” etmək. 9. Pana Po’o (Havay dili)- Başınızı unutduğunuz bir şeyi xatırlamaq məqsədi ilə qaşımaq. 10. Chi Ku (Çin dili)– “Qəzəbini yemək”. Bir insanın çətinliklərinə baxmayaraq qəzəbli insan olmamaq bacarığı. 11. Gigil (Taqal dili)- Qarşıqoyulmaz dərəcədə şirin olan birini çimdikləmək istəyi. 12. Kyoikumama (Yapon dili)- Bezmədən öz övladlarının akademik uğuruna təkan verən ana. 13. Cafune (Braziliyanın Portuqal dili)- Barmaqlarınızla birinin saçına nəzakətlə oxşamaq. 14. Yakamoz (Türk dili)- Ay işığının suda əks olunmağı. 15. Pochemuchka (Rus dili)- Çoxlu sual verən insan. 16. Verschlimmbessern (Alman dili)- Bir problemi düzəltməyə çalışarkən daha da pis etmək. 17. Zhaghzhagh (Fars dili)- Soyuqdan donarkən dişlərin titrəyərək bir-birinə toxunması. 18. Layogenic (Taqal dili)- Uzaqdan yaxşı görünən, amma yaxınlaşanda nə qədər pis olduğunun fərqinə vardığımız bir şey. (pahoo.az) Əlaqə üçün E-mail: xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|