» » NASA Yerdən kənar həyatın varlığını təsdiqlədi

NASA Yerdən kənar həyatın varlığını təsdiqlədi

Bölmə: MARAQLI, MANŞET
NASA Yerdən kənar həyatın varlığını təsdiqlədi
NASA-dan olan alimlərin təhqiqatları Yerdən kənar həyatın mövcudluğunu təsdiq edib.

Musavat.com-un xarici mənbəyə istinadən verdiyi xəbərə görə, alimlər Yerə həyatın meteorit vasitəsilə kənardan gətirilməsi barədə əvvəllər irəli sürülmüş nəzəriyyəni təsdiqləyə biliblər.

Təhqiqatın özəyində belə bir qənaət durur ki, Yerə kosmosdan Vitamin B 3 kimi tanınan nikotin turşusu molekulları gətirilə bilərdi. Bir çox illər ərzində onları bolidlərin tərkibində tapıblar. Alim Karen Smit bildirib ki, onun rəhbərliyi altında təhqiqatçılar 8 meteroiti öyrəniblər. Onların tərkibində Vitamin B 3 molekulları müəyyən edilib.

Alimlər laboratoriya eksperimentləri nəticəsində süni şəraitdə meteroitlərdə tapılan üzvi maddələrin analoqlarını yarada biliblər. Smitin fikrincə, bu, onu göstər ki, “Vitamin B 3 fəzada hazırlanıb və sonra Yerə çatdırılıb”, ancaq necə və nə vaxt – tapmaca olaraq qalır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler