» » Bəy 15-in üstünə 6 gələ bilmədi, gəlin toydan imtina etdi

Bəy 15-in üstünə 6 gələ bilmədi, gəlin toydan imtina etdi

Bölmə: MARAQLI, BLOK XƏBƏR, MANŞET
Bəy 15-in üstünə 6 gələ bilmədi, gəlin toydan imtina etdi
Hindistanın Uttar-Pradeş ştatında keçirilən toy vaxtı bəy bəsit riyazi məsələnin öhdəsindən gələ bilmədiyi üçün gəlin nikahdan imtina edib.

Gəlin bəydən “15-in üstünə 6 gəlsən, neçə alınar” deyə soruşub. “17” cavabını eşitdikdən sonra o, toyun baş tutmayacağını deyərək mərasimi tərk edib.

Həmin ştatın yerli polis idarəsindən bildirilib ki, bəy tərəfinin gəlini yola gətirmək cəhdləri nəticə verməyib və bəyin savadsız olduğunu deyən gəlin öz qərarından dönməyib.

Yerli polis idarəsinin nümayəndəsi ixtilafı çözmək üçün tərəflər arasında vasitəçi rolunda çıxış edib. Nəticədə tərəflər bir-birlərinə toy hədiyyələrini qaytarıblar.

Hadisənin baş verdiyi Razulabad şəhərinin sakini deyib ki, oğlan evi bəyin kəmsavad olduğunu gəlindən gizli saxlayıb.

"Gəlin bu barədə xəbər tutan kimi toydan imtina edib" - deyə şəhər sakini Mohar Sinqx AP agentliyinə deyib.

Hindistanda nikahların əksəriyyəti ailələr tərəfindən təşkil olunur. Bir çox hallarda bəy və gəlin toydan əvvəl qısa müddət ərzində belə birlikdə qalmaq imkanından məhrumdurlar (BBC).

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler