» » Prezident və xanımı hava limanında - Fotolar

Prezident və xanımı hava limanında - Fotolar

Bölmə: MANŞET
Prezident və xanımı hava limanında - Fotolar
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinə məxsus yeni gətirilmiş “Boeing-787-8” Dreamliner sərnişin təyyarəsinə baxıblar.
Xalqinfo.az-ın məlumatına görə, cəmiyyətinin prezidenti Cahangir Əsgərov dövlət başçısına yeni təyyarə barədə məlumat verib.
Bu təyyarə ilə ilk mərhələdə Bakıdan Pekinə, Londona və Avropanın digər şəhərlərinə uçuşlar yerinə yetiriləcək. Bu ilin yay mövsümündən isə hava gəmilərinin Nyu-York və yeni açılacaq hava xətlərində istismarı gözlənilir.
Belə hava layneri MDB məkanında və bir sıra Şərq ölkələri arasında ilk dəfə Azərbaycana gətirilib. Son illərdə digər sahələrdə olduğu kimi, mülki aviasiya sahəsində də uğurlu inkişaf mərhələsi yaşanır. Bu inkişaf özünü həm yeni aerovağzal komplekslərinin inşasında, həm də yeni müasir hava gəmilərinin alınmasında daha aydın göstərir.

“Azərbaycan Hava Yolları”nın və ümumilikdə, Azərbaycan mülki aviasiyasının nailiyyətləri Prezident İlham Əliyevin bu sahəyə birbaşa göstərdiyi diqqət və qayğının nəticəsidir.

AzərTac
Prezident və xanımı hava limanında - Fotolar
Prezident və xanımı hava limanında - Fotolar
Prezident və xanımı hava limanında - Fotolar
Prezident və xanımı hava limanında - Fotolar
Prezident və xanımı hava limanında - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler