» » Ceyhun Bayramov yeni rektoru kollektivə təqdim etdi

Ceyhun Bayramov yeni rektoru kollektivə təqdim etdi

Bölmə: MANŞET
Ceyhun Bayramov yeni rektoru kollektivə təqdim etdi





Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsinə təyin edilən Elçin Babayev ali məktəbin kollektivinə təqdim olunub.

Xalqinfo.az xəbər verir ki, rektoru kollektivə təhsil naziri Ceyhun Bayramov təqdim edib.

Elçin Babayevi rektor təyin olunması münasibətilə təbrik edən nazir ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

BDU-nun yeni rektoru Elçin Babayev tədbir iştirakçılarını salamlayaraq etimada görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Qeyd edək ki, E.Babayev 4 aprel 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. Bu təyinata qədər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru idi. E.Babayev həm də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavinidir.

Xatırladaq ki, BDU-nun əvvəlki rektoru Abel Məhərrəmov ötən il noyabrın 15-də vəzifəsindən azad olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler