» » Qənirə Paşayeva Türkiyədə çağırış etdi - Video

Qənirə Paşayeva Türkiyədə çağırış etdi - Video

Bölmə: MANŞET, GÜNDƏM
Qənirə Paşayeva Türkiyədə çağırış etdi - Video
Deputat Qənirə Paşayeva Antakyada Qərbin Azərbaycana və Türkiyəyə qarşı ikili standartlarına qarşı birgə mübarizə adlı konfrans verib.

“Avropanın Azərbaycana və Türkiyəyə qarşı ikili standartlarına qarşı birgə mübarizə. Avropada artan İslamafobiyanın doğurduğu ciddi fəsadlar” adlı konfransda geniş məruzə ilə çıxış edən Q.Paşayeva bildirib:

“Azərbaycanda və Türkiyədə şəhid olan insanlarımızın ruhu qarşısında baş əyirəm deyə başlayıb və Qarabağ və Türk dünyası həqiqətlərinin dünyaya daha geniş yayılmasında birliyimizi daha da gücləndirməliyik”.

Qərbin Azərbaycana, Türkiyəyə, Türk-Müsəlman dünyasına yanaşmasındakı ikili standartlardan danışan Q.Paşayeva bu vəziyyətin getdikcə daha da pisləşdiyini xüsusi vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsindən danışan deputat bu məsələdə Qərbin ikili standartlarını geniş şəkildə izah edib. Və beynəlxalq təşkilatların da ikili standartlaradan yanaşmalarını xüsusi vurğulayaraq kəskin qınayıb.
"Bu gün beynəlxalq təşkilatlar BMT başda olmaqla bir neçə böyük dövlətin maraqlarının müdafiəsindən başqa heç bir işlə məşğul olmur".

Millət vəkili bildirib ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr var amma onların həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərmir.

Q.Paşayeva Qərbin ikili standartlarını Xocalı Soyqırımına yanaşmada da müşahidə olunduğunu deyib.

Tədbirin sonunda Antakya rəsmiləri, bələdiyyə başqanları çıxış edərək millət vəkili Q.Paşayevaya konfrans üçün təşəkkürlərini bildirib. Və bu cür konfransların gənclər üçün böyük önəmini xüsusi vurğulayıb.

Millət vəkili Q. Paşayeva tədbir iştirakçılarına Türkiyədə yeni çapdan çıxmış kitabları “Turan yolçusu” və “Aşk yolçusu”nu imzalı hədiyyə edib. Antakyada Q.Paşayevanın Türkiyədə yeni çapdan çıxmış "Turan yolçusu" və "Aşk yolçusu" kitablarının təqdimat və imzalanma mərasimi də keçirilib.
Millət vəkili Q.Paşayevanın konfransda çıxışının linkini burdan izləyə bilərsiniz.


Qənirə Paşayeva Türkiyədə çağırış etdi - Video
Qənirə Paşayeva Türkiyədə çağırış etdi - Video
Qənirə Paşayeva Türkiyədə çağırış etdi - Video

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler