» » 2-ci kurs tələbəsinə vəzifə verildi- BSU-da+Yenilənib

2-ci kurs tələbəsinə vəzifə verildi- BSU-da+Yenilənib

Bölmə: MANŞET
2-ci kurs tələbəsinə vəzifə verildi- BSU-da+Yenilənib
Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin 2-ci kurs tələbəsi Elcan Məmmədov rektorun sosial məsələlər və tələbələrlə iş üzrə müşaviri təyin olunub


Bakı Slavyan Universitetində respublikada ilk dəfə olaraq rektorun müşaviri vəzifəsinə tələbə təyin olunub. Universitetin rektoru, professor Asif Hacıyevin əmri ilə Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin 2-ci kurs tələbəsi Elcan Məmmədov rektorun sosial məsələlər və tələbələrlə iş üzrə müşaviri təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, AzərTAc-a müsahibəsində Elcan Məmmədov bildirib ki, bu vəzifənin yaradılmasında məqsəd tələbələrin sosial problemlərinin həllinə dəstək olmaq, rəhbərliklə tələbələr arasında operativ əlaqə yaratmaqdır. Bu vəzifəyə məhz onun seçilməsindən danışan gənc müşavir qeyd edib ki, o, universitetə qəbul olunduğu vaxtdan indiyə kimi bu ali təhsil ocağının ictimai həyatında, beynəlxalq tədbirlərin təşkilində fəal iştirak edib. Onun universitetdə ilk qeyri-rəsmi vəzifəsi isə 1-ci kursda oxuduğu vaxt kölgə kabinetinin mətbuat katibi olub.

BSU-nun rektorunun digər əmri ilə Ali Eren Bugay informasiya və kommunikasiya texnologiyaları və reklam üzrə 2-ci rektor müşaviri təyin edilib.

***

“Qafqazinfo”nun məlumatına görə, Asif Hacıyev daha bir müşavir təyin edib.

Universitetin tələbəsi Ayşad Əsgərli BSU-da “İnnovasiya texnologiyaları” üzrə rektor müşaviri təyin olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler