» » Prezident görüşlər keçirdi

Prezident görüşlər keçirdi

Bölmə: MANŞET
Prezident görüşlər keçirdi

İlham Əliyev 3 ölkənin sabiq prezidentlərini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Latviya Respublikasının sabiq Prezidenti Valdis Zatlersi qəbul edib.

Xalqinfo.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı. Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun xalqlar və mədəniyyətlər arasında dialoqun genişləndirilməsində rolu qeyd edildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Litva Respublikasının keçmiş Prezidenti Vitautas Landsbergisi qəbul edib.

Görüşdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Artıq dördüncü dəfədir Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun mədəniyyətlərarası dialoqa verdiyi töhfə vurğulandı.

***

Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçi qəbul edib.

Görüşdə IV Bakı Beynəlxalq Humanitar Forumunun beynəlxalq əməkdaşlığı genişləndirmək baxımından xüsusi əhəmiyyətə malik olduğu vurğulandı, ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler