» » Girovların qaytarılması ilə bağlı danışıqlar nəticəsizdir.

Girovların qaytarılması ilə bağlı danışıqlar nəticəsizdir. VİDEO

Bölmə: MANŞET
Girovların qaytarılması ilə bağlı danışıqlar nəticəsizdir.

Ermənistanın Kəlbəcərdə girov götürdüyü azərbaycanlıların qaytarılması ilə bağlı danışıqlar nəticəsizdir.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinə Azərbaycandakı 5 nəfərdən ibarət erməni ailəsi və bir erməninin meyitinin ermənilərin girovluğunda olan Şahbaz Quliyev və Dilqəm Əsgərovla, o cümlədən Həsən Həsənovun meyitilə dəyişdirilməsini təklif edib. Ermənistan tərəfi yalnız Həsən Həsənovun meyitinin qaytarılmasının münkünlüyünü bildirib.

ANS TV-yə bu barədə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov açıqlama verib.

Əli Həsənov qeyd edib ki, Azərbaycan tərəfi Ermənistana son təklifini edib: "Bizdə beş nəfərdən ibarət bir erməni ailəsi var, bu yaxınlarda dünyasını dəyişən erməni diversantının meyiti var. Biz təklif etmişik ki, o erməni ailəsi və o meyiti ordakı meyit və girovlarla dəyişmək istəyirik. Dünən Qızıl Xaç Komitəsi bizə izah edirdi ki, ermənilər ancaq meyiti dəyişə bilərlər, girovu dəyişmək istəmirlər. Biz də dedik ki, bu kompleks şəkildə olmalıdır, başqa təklif qəbul etməyəcəyik".

Qeyd edək ki, Əli Həsənov bildirib ki, Azərbaycan hökuməti hələ də təklifini qüvvədə saxlayır və cavab gözləyir.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler