» » MTRŞ TV-lərdə baş verən cinayətləri bildirib

MTRŞ TV-lərdə baş verən cinayətləri bildirib

Bölmə: MANŞET
MTRŞ TV-lərdə baş verən cinayətləri bildirib“İlkin müşahidələr zamanı televiziya və radiolarda bayram günləri ciddi qanun pozuntuları aşkarlanmayıb”.

Xalqinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, bununla belə, video-audio yazılar əsasında müşahidələr davam etdirilir: “Yayımçılar bayram günlərinə uyğun proqram səbəti hazırlayıblar. Bayram günləri əsasən musiqili-əyləncəli proqramlara üstünlük verilməsi təbiidir. Bundan başqa, milli filmlər, tamaşalar da nümayiş etdirilib. Baxımlı xarici filmlər də az olmayıb”.

Şöbə müdiri qeyd edib ki, ötən il milli-mənəvi dəyərlərlə, reklamla bağlı qanunvericiliyin pozulması halları müşahidə olunub: “Xüsusilə bəzi reklam çarxlarında, bəzi şou verilişlərdə, müzakirə proqramlarında milli dəyərlərə zidd hallarla bağlı narahatlıqlar var idi. Hər bir halda məsələyə Şura tərəfindən operativ reaksiya verilərək problemlər aradan qaldırılıb. 2017-ci ildə teleradio yayımçılarının efirlərinin monitorinqləri daha da intensivləşdiriləcək. Ümumiyyətlə milli-mənəvi dəyərlərlə bağlı həm qanunun tələblərini, həm də cəmiyyətin həssaslığını nəzərə alırıq. İnanırıq ki, bu il yayımçılar ciddi pozuntulara yol verməyəcək. Onu da deyim ki, ötən il əvvəlki illərlə müqayisədə pozuntu hallarında müəyyən azalma tendensiya diqqəti cəlb edir”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Kainat Şirin

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler