» » İbad Hüseynov Müraciət etdi

İbad Hüseynov Müraciət etdi

Bölmə: MANŞET
İbad Hüseynov Müraciət etdi


Azərbaycan hərbçisi, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri İbad Hüseynov Qarabağda atəşkəsin pozulması nəticəsində dünyasını dəyişən Azərbaycan gənc əsgərlərinin şəhid olmasından təsirləndiyini bildirir, xalqımıza və şəhidlərin yaxınlarına baş sağlığı verir.
Bu gün bizim kimi veteranların çəbhə bölgəsində
olmasını və gənc əsgərlərə mənəvi dayaq olmaları üçün prezidentimizə müraciət etdi.
MÜRACİƏT
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevə!
Azərbaycan Respublikasının Müdafiə Naziri cənab Zakir Həsənova!


Cənab Prezident düşmənin son günlər atəşkəsi pozması, cəbhə xəttində yaranan gərginlik , gənc əskərlərin şəhid olduğu bir vaxtda mən və mənim kəşfiyyatçılarım cəbhə xəttinə buraxılmamızı xahiş və tələb edirik.
Mən və başqa veteranlar Qarabağda döyüş yolu keçmiş, təcrübəli əsgərlər olaraq 18-19 yaşlı cavan əskərlərə mənəvi dayaq və stimul ola bilərik.
Mən təcrübəli Qarabağ veteranı,vətəndaş olaraq sizə müraciət edirəm. Bu savaş bizim gənclyimizi, sağlamlığımızı əlimizdən alsa da hələ ki, döyüş ruhumuz və qisas hissimiz bizə imkan verir ki, torpaqlarımızın müdafiəsində iştirak edək!

Şərh Yaz
ŞƏRH(3)

Vaqif 3 avqust 2014 22:42
Sıxıram əllərinizi.
Çit          1

Bextiyar.Veliyev 4 avqust 2014 12:07
Mende daxil olmaqla
Çit          2

Abil 4 avqust 2014 12:34
Halal olsun
Çit          3

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler