» » Bu il Qafqaz Universitetinə tələbə qəbulu il bağlı - Rəsmi açıqlama

Bu il Qafqaz Universitetinə tələbə qəbulu il bağlı - Rəsmi açıqlama

Bölmə: MANŞET
Bu il Qafqaz Universitetinə tələbə qəbulu il bağlı - Rəsmi açıqlamaBu il adı ətrafında müxtəlif söz-söhbətlər yaranmış Qafqaz Universitetinə də tələbə qəbulu həyata keçiriləcək.

Xalqinfo.az xəbər verir ki, bu barədə Modern.az-a Qafqaz Universitetindən məlumat verilib. Məlumata görə, bu yaxınlarda Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilmiş Qafqaz Universiteti əvvəlki qaydada tələbə qəbulu apara biləcək.

Universitetdə 29 iyul-10 avqust tarixləri arasında Qafqaz Universitetinə qəbul olmaq istəyən abituriyentlərə ödənişsiz məsləhət xidmətləri göstəriləcək. Xarici tələbələr üçün məsləhət xidmətinin son müraciət tarixi avqust ayının 30-na kimi olacaq.

BANM-ın idarəçiliynə verilməsinə baxmayaraq əvvəlki ixtisasları saxlanılan Qafqaz Universitetinə, hətta humanitar ixtisaslar üzrə də qəbul aparılacaq.

Xatırladaq ki, iyulun 20-də təsisçinin - SOCAR-ın nəzdindəki Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi SOCAR-ın təsisçiliyi ilə yaradılıb və nəzdində Bakı İstedadlar Təhsil Kompleksi, Bakı Fransız Liseyi də fəaliyyət göstərir.



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler