» » Azərbaycan ATƏT-in sessiyasında iştirakdan imtina etdi

Azərbaycan ATƏT-in sessiyasında iştirakdan imtina etdi

Bölmə: MANŞET
Azərbaycan ATƏT-in sessiyasında iştirakdan imtina etdi
Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının (PA) payız sessiyasında iştirakdan imtina edib.

Milli Məclisdən verilən məlumata görə, vitse-spiker Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti qurumun Ulan-Batorda (Monqolustan) keçirilən payız sessiyasına qatılmayıb.

B.Muradova APA-ya açıqlamasında bununla bağlı verilən qərarın səbəbini açıqlayıb: “Əvvəla, həm mən, həm də Azay Quliyev qarşıdan gələn parlament seçkilərində namizədliklə bağlı məsələlərlə məşğuluq. Əvvəldən də yalnız Azay Quliyevin orada iştirakı nəzərdə tutulmuşdu. Amma ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda seçkiləri müşahidə etməmək barədə qərarından sonra ümumiyyətlə belə mənasız müzakirələrdə iştiraka lüzum görmədik.

Düşündük ki, indiki halda elə mənasız müzakirələrə baş qoşmaqdansa, Azərbaycandakı normal seçki mühitindən istifadə edib, bu demokratik prosesdə iştirak etmək daha yaxşı olar. Lakin bu, hazırkı dövr üçün verilən qərardır, növbəti toplantılara aidiyyəti yoxdur”.

Qeyd edək ki, ATƏT PA-nın sentyabrın 15-də başlayan sessiyası bu gün başa çatır.

Xatırladaq ki, sentyabrın 11-də ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməyəcəyi ilə bağlı qərarını açıqlayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler