» » “SOCAR”ın məktəbi yandı

“SOCAR”ın məktəbi yandı

Bölmə: MANŞET
“SOCAR”ın məktəbi yandı
Sözügedən məktəb jurnalistlərin binasına yaxın ərazidə, dəniz kənarında yerləşir


"SOCAR”ın Bibiheybətdə yerləşən məktəbində yanğın başlayıb. Bu barədə “Qafqazinfo”nun facebook səhifəsinə oxucular məlumat veriblər. Onlar yanan məktəbin fotolarını da göndəriblər.

Qeyd edək ki, sözügedən məktəb jurnalistlərin binasına yaxın ərazidə, dəniz kənarında yerləşir.

Sözügedən məktəbin SOCAR-a məxsus "Bakı İstedadlar Təhsil Mərkəzi" adlandığı bildirlir.

Hazırda hadisə yerinə yanğınsöndürənlərin cəlb olunduğu bildirilir.

***

Yanğın söndürülüb.

***
FHN-in yaydığı məlumatda bildirilir ki, Bakı şəhəri, Səbail rayonunda hazırda tikintisi başa çatmamış ümumi sahəsi 3000 kv.m olan idman zalının xarici divarlarına vurulmuş plastik divar üzlüyü 1020 kv.m, 1 otağın yanar konstruksiyaları və içərisində olan idman ləvazimatları 23 kv.m sahədə yanıb. İdman zalının qalan hissəsi və ona bitişik ümumi sahəsi 7000 kv.m olan tədris binası yanğından mühafizə olunub. Yanğın saat 14:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler