» » Laçında qondarma "Qafqaz Kürdüstanı dövləti" elan edənlər kimlərdir? -

Laçında qondarma "Qafqaz Kürdüstanı dövləti" elan edənlər kimlərdir? - Sok Video

Bölmə: MANŞET
Laçında qondarma "Qafqaz Kürdüstanı dövləti" elan edənlər kimlərdir? -
Avropa.info saytı 1992-ci ildə Laçının işğalından sonra rayona gələn bir qrup separatçı kürdün "Qafqaz Kürdüstanı"nı elan etməsi ilə bağlı video əldə edib. Qeyd edək ki, Laçına bu adamlar ermənilərlə birlikdə gəliblər. Kadrlarda sepratçı Vəkil Mustafayevin kürd bayrağını öpməsi anı da videoyaya düşüb.

Avropa.info-nun əldə etdiyi məlumata görə, hal-hazırda İtaliyada yaşayan Vəkil Mustafayev facebook səhifəsində separatçı məlumatlar yaymaqla məşğuldur. O öz səhifəsində Azərbaycanın görkəmli şəxslərini və xalq qəhrəmanlarını kürd mənsubiyyətinə aid edir, faktiki olaraq separatçı meylləri qızışdırmaqla məşğuldur.
Qeyd edək ki, 18 may 1992-ci ildə Laçın rayonunun işğal edilməsindən sonra Vəkil Mustafayev İrəvana gedib. 1992-ci ilin iyun ayında Laçın şəhərində Qondarma "Qafqaz Kürdüstanı" elan edilir və Vəkil Mustafayev "baş nazir" təyin edilir.

Kürd Respublikasının yaradılması ideyası Laçın dəhlizini Dağlıq Qarabağa birləşdirən strateji vacib əlaqə hesab edən ermənilər tərəfindən planlaşdırılaraq, 1920-ci ildə yaradılmış Qırmızı Kürdistanın mahiyyətcə davamı idi. Buna baxmayaraq, işğal zamanı Laçının az saylı kürd əhalisi də azərbaycanlılarla bərabər qaçqın kimi ölkənin başqa rayonlarında sığınacaq tapdılar.

Beləliklə də Kürd Respublikasını yaratmaq üçün İrəvan bələdiyyə orqanlarının təşkilatçılığı ilə bir dəstə kürd gənc və ziyalıları (təxminən 70 nəfərə yaxın şəxs) avtobuslarla xüsusi olaraq Laçına gətirilimişdi. Qondarma respublikanın baş naziri Vəkil Mustafayev sovet hakimiyyəti illərində Mərkəzi Asiyada "KQB"də zabit rütbəsində çalışmışdı.

V.Mustafayev Özbəkistana sürgün edilmiş ailədə anadan olmuşdu. Onun həyat yoldaşı isə sovet ordusunda zabit kimi qulluq göstərirdi. Vəkil Mustafayev Qırğızıstanda böyüyüb, təhsil alıb və Daxili İşlər Nazirliyində vəzifə tutub. Bu elə bir məqama təsadüf edib ki, onu orada tutmaq istəyirdilər. V.Mustafayev 1980-ci ildə Özbəkistandan qaça bilib. Hələ Qarabağ məsələsi başlanmazdan öncə Vəkil Mustafayev Əli Bayramlı rayonunda polis rəisinin müavini idi.

1992-ci ildə Laçın işğal edildikdən sonra Vəkil Mustafayev Ermənistana gedib. Qondarma respublika dağılandan sonra Vəkil Mustafayev də əvvəlcə Krasnoda qaçır, bir müddət sonra isə İtaliyada sığınacaq alır.

O zaman elan olunan qondarma "respublika"da Şərəfi Əşir "baş nazirin müavini" təyin olunmuşdu. "Kabinet"in digər üzvləri Karlan Çaçani mədəniyyət naiziri, Emerikə Sərdar isə informasiya naziri postlarını tutmuşdular.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler