» » Elman Rüstəmovdan banklara- Məsləhət+Yenilənib

Elman Rüstəmovdan banklara- Məsləhət+Yenilənib

Bölmə: MANŞET
Elman Rüstəmovdan banklara- Məsləhət+Yenilənibr5
“2014-cü ilin ortalarından başlayaraq neftin qiymətinin iki dəfədən çox ucuzlaşması yeni bir fenomendir”.


“Xalqinfo”nun APA-ya istinadən məlumatına görə, bu barədə Milli Məclisdə Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

AMB rəhbəri neftin qiymətinin uzun müddət ərzində artmayacağı barədə proqnozların verildiyini xatırladıb: “Neftin qiymətinin 50 dollar olacağı təqdirdə ölkənin xarici balansı profisiti 5 dəfə azalacaq, 40 dollar olacağı təqdirdə mənfi zonaya keçəcək”.

E. Rüstəmov deyib ki, ölkənin kifayət qədər valyuta ehtiyatı var, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləri düzgün idarə olunur: “Amma köhnə siyasəti davam etdirsəydik, həm Mərkəzi Bankın, həm də ARDNF-in ehtiyatları sıfırlaşardı. Buna görə də, bu proseslərə reaksiya verməliyik”.

***

Baş bankir kommersiya banklarına valyuta ehtiyatlarını restrukturizasiya etməyi tövsiyyə edib.

APA-nın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov ölkədə fəaliyyət göstərən kommersiya banklarına valyuta ehtiyatlarını restrukturizasiya etməyi tövsiyyə edib.

E. Rüstəmov bu barədə Milli Məclisdə Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı deyib.

AMB rəhbəri banklara kreditlərin vaxtının uzatmağı və faiz dərəcələrini aşağı salmağı məsləhət görüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler