» » Nazir 4 vergi rəisini vəzifədən azad etdi

Nazir 4 vergi rəisini vəzifədən azad etdi

Bölmə: MANŞET
Nazir 4 vergi rəisini vəzifədən azad etdi
Yerli vergi orqanlarının rəhbərliyində dəyişikliklər aparılıb.


“Qafqazinfo” xəbər verir ki, vergilər nazirliyindən APA-ya verilən məlumata görə, nazirlik tərəfindən müntəzəm olaraq aparılan monitorinqlər nəticəsində son vaxtlar bəzi vergi orqanlarında vergi nəzarətinin lazımi səviyyədə təşkil olunmadığı, vergi ödəyiciləri ilə aparılan işlərdə nöqsanlara yol verildiyi müəyyən edilib.

Yerli vergi orqanlarının fəaliyyətinin daha səmərəli təşkili, mövcud vergi potensialından tam istifadə olunması və dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozların icrasını təmin etmək məqsədilə 3, 4, 6, 9 saylı Ərazi Vergilər İdarələrinin rəisləri vəzifələrindən azad edilib, həmin vergi orqanlarının rəhbərliyi gücləndirilib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler