» » Qar yağacaq- 5 dərəcə şaxta olacaq

Qar yağacaq- 5 dərəcə şaxta olacaq

Bölmə: MANŞET
Qar yağacaq- 5 dərəcə şaxta olacaq

Havanın temperaturu gecə 1-3, gündüz 4-7 dərəcə isti olacaq


Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin tutqun, arabir yağıntılı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Şimal küləyinin arabir güclənəcəyi ehtimal olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "qafqazinfo"ya verilən məlumata görə, havanın temperaturu gecə 1-3, gündüz 4-7 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Yanvarın 18-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, axşam qərb rayonlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 13-18, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler