» » FHN-dan Tovuzdakı qəza ilə bağlı açıqlama: Ölənlərin siyahısı

FHN-dan Tovuzdakı qəza ilə bağlı açıqlama: Ölənlərin siyahısı

Bölmə: Информация, BLOK XƏBƏR, MANŞET
FHN-dan Tovuzdakı qəza ilə bağlı açıqlama: Ölənlərin siyahısıFövqəladə Hallar Nazirliyi Tovuzda baş verən ağır yol qəzası
barədə məlumat yayaıb. Xalqinfo.az bildirir ki, Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, Tovuz rayonu, Qovlar qəsəbəsi ərazisində “Mercedes” markalı minik avtomobili, “Daewoo” markalı sərnişin avtobusu ilə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Nəticədə “Mercedes” markalı minik avtomobili ağır deformasiyaya uğrayıb.

Avtomobilin sürücüsü 1982-ci il təvəllüdlü Məmmədov Nadir Məmməd oğlu və avtomobildə olan 1 nəfər sərnişin aldıqları bədən xəsarətləri ilə hadisə yerində vəfat etdib. Avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədlər yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:35-də başa çatıb.

Bu gün səhərə yaxın Tovuz rayonunda baş verən dəhşətli qəzada ölən və yaralananların adları da məlum olub.

Tovuz rayon mərkəzi xəstəxanasının baş həkiminin köməkçisi Mahirə Quliyevanın ANS PRESS-ə verdiyi məlumata görə, qəza zamanı 4 nəfər ölüb. Ölənlər arasında 3 yaşlı körpə də var.
Ölən ailənin üzvləri aşağıdakılardır:

1. 1981-ci il təvəllüdlü Məmmədov Nadir Məhəmməd oğlu.
2. 1988-ci il təvəllüdlü Tanrıverdiyeva Nərmin Zahid qızı (həyat yoldaşı)
3. 2005-ci təvəllüdlü Məmmədov Aslan Nadir oğlu.
4. 2012-ci il təvəllüdlü Məmmədova Əsma Nadir qızı.

Qəza nəticəsində avtobusun 7 sərnişini də yaralanıb. Onlardan altısına Tovuz rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Bir nəfərin vəziyyəti isə ağır olaraq qalır.

Yaralılar aşğıdakılardır:
1.Eminov Nurəddin Allahyar oğlu- 1951-ci il
2.Mütəllimova Esmira Nəriman qızı- 1966-cı il
3.Mehdizadə Əli Azər oğlu- 1994-cü il
4.İbrahimov Cavad Əsəd oğlu- 1936- cı i
5.Məmmədrzayeva Gülbadə Əmirxan qızı- 1951- ci il
6.Mehrəliyeva Asya Ələsgər qızı- 1936- cı il

Vəziyyəti ağır olan şəxs Quliyev Elmir Əziz oğlu reanimasiyadadır.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət açılıb, araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler