» » Biznesmeni qatili

Biznesmeni qatili tutuldu

Bölmə: Kriminal
Göyçay rayonunda qeyri-aşkar şəraitdə törədilən qətlin üstü açılıb.


XALQİNFO.AZ ANS PRESS-ə istinadən xəbər verir ki,bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat verib.Avqustun 13-də saat 02 radələrində Göyçay rayonu, Alpout kənd sakini, 1958-ci il təvəllüdlü Abbasov Sahib Sabir oğlunun üzərində odlu silahdan yetirilməyə xarakterik olan xəsarətlərlə meyitinin kəndin un dəyirmanının həyətində aşkar edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rayon polis şöbəsinin və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Göyçay rayonu, Bəydövül kənd sakini Xudiyev Ələsgər Xudu oğlu tutulub.

İstintaq zamanı Ə.Xudiyevin qeyd edilən tarixdə rayonun Alpout kəndində yerləşən un dəyirmanının həyətində S.Abbasovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus “TOZ-25” markalı ov tüfəngilə sonuncuya 4 dəfə atəş açaraq qəsdən öldürüb.

Onun bu əməlində şübhələr üçün əsaslar olduğundan Ə.Xudiyev iş üzrə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler