» » "Gilan"dan quldurluq yolu ilə pul aparanlara hökm oxundu

"Gilan"dan quldurluq yolu ilə pul aparanlara hökm oxundu

Bölmə: Kriminal
"Gilan"dan quldurluq yolu ilə pul aparanlara hökm oxunduBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şirkətə basqın etməkdə təqsirli bilinən Elnur Məmmədov və Mirəhməd Əhmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə 10 il cəza təyin edilib.

Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Bakı şəhər sakinləri Elnur Məmmədov və Mirəhməd Əhmədov həbs ediliblər. Onlar bu ilin iyulun 3-də “Gilan Aqro” MMC-yə məxsus ofisin mühafizəçisi İntiqam Axundova qarşı quldurluq ediblər.

Gecə saatlarında ofisə gələn dostlar mühafizəçinin əl-qolunu yapışqan lentlə bağlayıb içərisində 60000 manat və 4180 ABŞ dollar olan dəmir seyfi aparıblar. Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Elnur Məmmədovun əvvəllər “Gilan Aqro” MMC-nin işçisi olduğu üzə çıxıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler