» » Arvadını qətilə yetirən qatildən

Arvadını qətilə yetirən qatildən yeni xəbər

Bölmə: Kriminal
Arvadını qətilə yetirən qatildən

Daxili İşlər Nazirliyi Bakıda qısqanclıq üstündə baş verən qətllə bağlı məlumat yayıb.

Xalqinfo.az nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 11-də Suraxanı rayonunun Zığ qəsəbəsindəki bağ evlərinin birində Bakı şəhər sakini Elşən Mehdiyev qısqanclıq zəminində keçmiş arvadı İntima Salmanovaya bıçaqla xəsarət yetirib.

Kişi sonra qadını boğub. Daha sonra hadisə yerini tərk edib. İ.Salmanova hadisə yerində ölüb.

Suraxanı rayon Polis İdarəsi 30-cu Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Mehdiyev tutulub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler