» » Ulduz futbolçunun evinə silahlı basqın edildi

Ulduz futbolçunun evinə silahlı basqın edildi

Bölmə: Kriminal
Ulduz futbolçunun evinə silahlı basqın edildi
İtaliya millisi və “Yuventus”un sabiq futbolçusu Klaudio Markizio silahlı hücuma məruz qalıb.

“Xalqinfo” İtaliya mətbuatına istinadən xəbər verir ki, ötən axşam 4 silahlı soyğunçu keçmiş yarımmüdafiəçinin evinə girib.

Cinayətkarlar Markizio və həyat yoldaşını tapança ilə hədələyiblər. Buna görə də futbolçu onlara pul və qiymətli əşyalar vermək məcburiyyətində qalıb.

Markizio soyğunla bağlı polisə məlumat verib, araşdırma aparılır.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler