İqbal Ağazadə ona 165 min “atana” kömək olunmasını istəyibBölmə: Kriminal
Bakı Ağır Cinayətlər Məhkəməsində “Ümid” partiyasının sədri, sabiq deputat İqbal Ağazadəyə 165 min manat “atmaqda” ittiham olunan Sərməs Tağıyevin məhkəməsi başlayıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Zərərçəkmiş İ.Ağazadə prosesdə iştirak etməyib. Hakim bildirib ki, onunla öncədən telefon əlaqəsi saxlanılıb və İ.Ağazadə məhkəmə hazırlıq iclasının vaxtını bilsə də, prosesdə iştirak etmək istəmədiyini bildirib. İ.Ağazadə xahiş edib ki, təqsirləndirilən S.Tağıyevə kömək olunsun. Hakim əlavə edib ki, İqbal Ağazadə baxış iclaslarının birində ifadə verməsi üçün məhkəməyə çağırılacaq. Proses martın 1-də davam etdiriləcək. S. Tağıyev daha öncə də müxtəlif şəxslərə qarşı dələduzluq edib və Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib, lakin apellyasiya instansiyası ona şərti cəza verərək azadlığa buraxıb. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|