» » Zorlanaraq öldürülən jurnalistin qatili tapıldı

Zorlanaraq öldürülən jurnalistin qatili tapıldı

Bölmə: Kriminal
Zorlanaraq öldürülən jurnalistin qatili tapıldıOktyabrın 6-da Bolqarıstanda zorlandıqdan sonra öldürülən jurnalist Viktoriya Marinovanın qatili tapılıb.

Xalqinfo.az xarici mediaya istinadən xəbər verir ki, 21 yaşlı cinayətkar Severin Krasimirov Almaniyada yaxalanıb. Bolqarıstanın baş naziri Boyko Borisov, baş prokuror Sotir Tsatsarov və daxili işlər naziri Mladen Marinov ortaq mətbuat konfransında bu barədə açıqlama veriblər.

Viktoriya Tuna çayı sahillərində səhər yürüşü zamanı keçmiş boksçu Severinlə qarşılaşıb. Sərxoş olan Severin əvvəlcə Viktoriyaya təcavüz edib, daha sonra isə onu yumruqlayaraq öldürüb.

Tibbi ekspertiza və analizlərdən sonra qatilin Severin olduğu təsdiqlənib. O, Almaniyada ifadəsi alındıqdan sonra Bolqarıstana aparılacaq.

Krasimirovun 20 ilədək həbsi gözlənilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler