» » “Lotu Quli” ilə bağlı qərar verildi

“Lotu Quli” ilə bağlı qərar verildi

Bölmə: Kriminal, MANŞET
“Lotu Quli” ilə bağlı qərar verildiDünən İstanbulda saxlanılmış “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifov bu gün çıxaırldığı məhkəmədə azadlığa buraxılıb.

Xalqinfo.az xəbər verir ki, Musavat.com-un Türkiyədəki mənbədən aldığı məlumata görə, hazırda N.Səlifov Miqrasiya idarəsindədir və bəzi sənədləşmə prosedurundan keçir. Onun hansı ölkəyəsə ekstradisiya edilməsi təhlükəsi yoxdur.

Xatırladaq ki, Türkiyənin aparıcı media qurumlarının dünən yaydığı xəbərə görə, onu Rusiya dövlətindən edilən şikayətlər əsasında saxlamışdılar və bəzi mətbuat orqanları N.Səlifovun Azərbaycana ekstradisiya ediləcəyini yazmışdı.

Ancaq bilgili qaynaqlardan məlum olmuşdu ki, Azərbaycan tərəfinin belə bir tələbi olmayıb, çünki N.Səlifov öz cəzasını bir il öncə başa çatdıraraq azadlığa buraxılıb və ölkəni tərk edib. Barəsində aparılan müvafiq araşdırma işləri başa çatdıqdan sonra, daha dəqiqi, oktyabrın 10-da azad ediləcək.

Göründüyü kimi, onun gözlənildiyindən bir gün əvvəl sərbəst buraxıblar.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler