Bacısını oğlanla bir evdə tutdu - Hər ikisini qətlə yetirdiBölmə: Kriminal
Göygöl şəhərində iki nəfər bıçaqlanaraq qətlə yetirilib. “Xalqinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Göygöl şəhərində, Nəriman Nərimanov küçəsində yerləşən evlərdən birində baş verib. Gəncədə yaşayan 1989-cu il təvəllüdlü Tağıyev Vüsal Tağı oğlu sözügedən ünvanda yaşayan 1992-ci il təvəllüdlü bacısı Tağıyeva Vüsalə Tağı qızını və onunla bir evdə olan Goranboy rayon Səmədabad kənd sakini, 1998-ci il təvəllüdlü Əliyev Nurlan Saləddin oğlunu bıçaqlayaraq qətlə yetirib. Cinayəti törədən V.Tağıyev şübhəli şəxs qismində saxlanılıb. İlkin məlumata görə, Vüsalə Tağıyeva həyat yoldaşından boşanıb və bir azyaşlı övladı ilə yaşayırmış. Hadisə qadın Nurlan Əliyevlə yaşadığı evdə görüşən zaman baş verib. Həmin zaman qardaşı onun evinə gələrək qətli törədib. Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|