» » 20 yaşlı oğlan 82 yaşlı kişini niyə öldürdü? –

20 yaşlı oğlan 82 yaşlı kişini niyə öldürdü? – TƏFƏRRÜAT

Bölmə: Kriminal
20 yaşlı oğlan 82 yaşlı kişini niyə öldürdü? – Azərbaycanda törədilmiş daha bir qəsdən adam öldürmə cinayətinin üstü açılıb
Bir neçə gün əvvəl Ağcabədidə qətl törətməkdə şübhəli bilinən şəxs tutulub.

Xalqinfo.az lent.az-a istinadən xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da Ağcabədi şəhərində 82 yaşlı Ənvər Məmmədovu qətlə yetirmiş rayon sakini, 20 yaşlı Aydın Osmanov tutulub. A.Osmanov ilkin ifadəsində törətdiyi əməli etiraf edib.

Məlum olub ki, Ə.Məmmədovun qonşusu olan 20 yaşlı A.Osmanov hərbi xidmətdən yeni qayıdıb. O, 82 yaşlı kişini tamah məqsədi ilə küt alətlə vuraraq qətlə yetirib və evdən pul götürərək qaçıb.

Qeyd edək ki, Ağcabədi şəhər sakini, 1932-ci il təvəllüdlü Məmmədov Ənvər Qəmbər oğlu yaşadığı evdə naməlum şəxs tərəfindən qətlə yetirilib. 82 yaşlı kişinin baş nahiyəsində küt alətlə yetirilmiş xəsarətlər aşkarlanıb. Lent.az-ın əldə etdiyi digər məlumata görə, yaxınları Ə.Məmmədovun öz əcəli ilə öldüyünü zənn edirmiş. Ailə üzvləri dəfnə hazırlaşdığı bir vaxt mərhumun Rusiyada yaşayan oğlu Ağcabədiyə gəlib. O, atasının baş nahiyəsində olan xəsarətin qəsdən yetirildiyini düşünüb və məsələnin hüquq-mühafizə orqanları tərəfindən aydınlaşdırılmasını lazım bilib. Bundan sonra hüquq-mühafizə orqanları meyitə baxış keçirib və 82 yaşlı kişinin başına küt alətlə yetirilmiş ağır xəsarət nəticəsində qətlə yetirildiyi məlum olub.

Qeyd edək ki, 82 yaşlı Ə.Məmmədov həyat yoldaşı ilə birgə yaşayırmış. Hadisə baş verən vaxt o, evdə tək olub. Evə qayıdan həyat yoldaşı Ə.Məmmədovun meyitini mətbəxdə aşkarlayıb və onun öz əcəli ilə öldüyünü düşünüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler