» » “Reket” baş redaktorun məhkəməsi başlayır

“Reket” baş redaktorun məhkəməsi başlayır

Bölmə: Kriminal
“Reket” baş redaktorun məhkəməsi başlayır
Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs edilən və reketlik fəaliyyətində ittiham olunan “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyevin işi Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xalqinfo.az-ın məlumatına görə, məhkəməyə hakim Ramella Allahverdiyeva sədrlik edəcək.

Qeyd edək ki, S.Əliyev qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılmasında ittiham olunur.

Cinayət işi üzrə 100-dən çox zərərçəkmiş var.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler