» » Gəncədə ata həbsdə olan oğluna narkotika gətirdi

Gəncədə ata həbsdə olan oğluna narkotika gətirdi

Bölmə: Kriminal
Gəncədə ata həbsdə olan oğluna narkotika gətirdiƏdliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına narkotik maddələrin keçirilməsinə qarşı mübarizə davam etdirilir.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, Penitensiar xidmətin Baş idarəsinin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 228.2.1, 307.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Bayramov Elşən Mahal oğluna atası Gəncə şəhər sakini Bayramov Mahal Novruz oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman xurmanın içərisinə xüsusi üsulla gizlədilmiş 7(yeddi) ədəd polietilen torbaya bükülmüş çəkisi 2,41 qram narkotik maddə-marixuana və 6 (altı) ədəd siqaret kağızına bükülmüş çəkisi 2,322 qram narkotik maddə-heroin aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Gəncə şəhər Baş Polis İdarəsinə göndərilib.

Gəncədə ata həbsdə olan oğluna narkotika gətirdi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler