» » İrandan Azərbaycana 6 kq-dan çox həşiş gətirmək istədilər

İrandan Azərbaycana 6 kq-dan çox həşiş gətirmək istədilər

Bölmə: Kriminal
İrandan Azərbaycana 6 kq-dan çox həşiş gətirmək istədilərDövlət Gömrük Komitəsi (DGK) Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin gətirilməsi barədə əməliyyat məlumatı daxil olub.

Xalqinfo.az DGK-ya istinadən xəbər verir ki, bu məlumata əsasən, külli miqdarda narkotik vasitənin nəzarət qaydasında alınaraq dövriyyədən çıxarılması və cinayət əməllərində əlbir olan şəxslərin müəyyən edilərək saxlanılması məqsədilə gömrük əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.

Nəticədə, Azərbaycan vətəndaşı Zəka Zəkara oğlu Əliyev adları hələlik istintaqa məlum olmayan İran vətəndaşları tərəfindən İrandan Azərbaycana gömrük sərhədindən gömrük nəzarətindən kənar yolla gətirilən 6 kiloqram 20 qram çəkidə həşiş qətranını Bakı şəhərinin Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində şərti alıcıya satmaq istəyərkən saxlanılıb.

Vətəndaş şübhəli şəxs qismində tutulub, ona Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilib, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler